XƏBƏRLƏR

Mövlud bayramınız mübarək!

02 Noyabr 2020 1278

"Bu gün əziz İslam Peyğəmbərinin mövlududur. On beş əsr öncə dünyanın ən ucqar yerində dünyaya göz açan Həzrət Məhəmməd (s) bu gün də dünyanın dörd bir yanında qəlbləri fəth etməyə davam edir. Çünki insanlıq sevdalısı idi, bu sevda da cavabsız qala bilməz".

 

Bu sözləri ilahiyyatçı hacı Şahin Həsənli İslam Peyğəmbəri Həzrət Məhəmmədin (s) mövludu münasibətilə paylaşdığı təbrikdə yazıb. İlahiyyatçı yazıb:

 

"O, aləmlərə rəhmət olaraq, yəni dünyanın sevgi və mərhəmət üzərində qurulması üçün göndərildi. Onun bəşəriyyətə başlıca mesajı da bu idi: öz haqqınız üçün deyil, haqq üçün mücadilə aparın ki, haqq-ədalət bərqərar olsun.


XXI əsrdə ən mütərəqqi məktəblər belə hələ də eqoizm mancanağından qurtula bilmədiyi bir dönəmdə, insanlıq bu təlimə necə də ehtiyaclıdır! Elə bu səbəbdən eqosentrik dünyanın dayaqları sayılan ölkələrdə onun xatirəsinə belə qısqanclıqla yanaşılır, onun adını ləkələməyə çalışırlar. Amma bütün bu səylər yalnız o böyük insanın qarşısında acizliklərini, gücsüzlüklərini nümayiş etdirir.


Xalqımız bu mövludu müharibə şəraitində qarşılayır. Haqq üçün savaşır, haqqın bərpası üçün mücadilə aparır. Tezliklə də, bayrağımızın Şuşada sancılması əziz Peyğəmbərimiz (s) üçün ən gözəl hədiyyəmiz olacaq. Mövlud bayramınız mübarək!"

 

 

hacishahin.az