Noyabrın 4-ü ilahiyyatçı Hacı Şahin Həsənli Ağcabədi rayonuna səfər edib.
Hacı Şahin Həsənli şəhidlərin dəfni və ailələrinin ziyarəti məqsədilə bölgələrə gedir. Ağsu, Cəlilabad, Masallı, Göyçay və Gəncədən sonra ilahiyyatçı Ağcabədi rayonunda olub. İlahiyyatçının sözlərinə görə, şəhid dəfnində iştirak etmək və onların ailələrinə dəstək olmaq hər birimizin mənəvi borcudur. Şəhid ailələri ilə görüş zamanı onların valideyinləri böyük ruh yüksəkliyi nümayiş etdiriblər. Onlar, övladlarının uca ilahi məqama çatmaları ilə fəxr etdiklərini, bütün torpaqlarımızın tezliklə işğaldan azad olunmasını arzu etdiklərini bildiriblər.
hacishahin.az