XƏBƏRLƏR

Qələbəmiz mübarək! -Şuşanın azad olunması ilə bağlı təbrik

08 Noyabr 2020 1055

"Vətən müharibəsinin qələbəsidir, bu!"


Bu sözləri ilahiyyatçı Hacı Şahin Həsənli Şuşanın işğaldan azad olunması ilə bağlı təbrikində yazıb:

"Şuşamızın işğaldan azad olunması, Qarabağımızın azad olunmasıdır. Əcdadlarımızın bizə ötürdüyü, bizim də gələcək nəsillərə ötürəcəyimiz Azərbaycanlı ruhunun təntənəsidir Şuşanın azadlığı. Çünki, Şuşa bizi biz edən mənəvi irsimizin, kimliyimizin rəmzidir.

Bu gün şəhidlərimizin sevinc, şəhid valideyinlərinin fərəh günüdür. Bu gün bütün Azərbaycanlıların birlik və qüdrət günüdür.

Bu savaşda hər birimiz Ali Baş Komandanın ətrafında birləşərək əsgər olduq, üç rəngli bayrağımızı azad etdiyimiz hər qarış torpaqda ucaltdıq, azad olunan hər kənddə, hər şəhərdə zəfər azanı oxuduq. Savaşımız haqq savaşıdır deyə, qələbəmiz də haqqın qələbəsidir.


Uca Allaha şükr edərək, hamınızı təbrik edir, qələbə sevincini bizə yaşadan hər bir igid əsgərin önündə baş əyirəm. Yaşasın Azərbaycan!"



hacishahin.az