XƏBƏRLƏR

Şəhid Ramiz Cəfərovun ailəsi ilə görüş

13 Noyabr 2020 769

Bu gün ilahiyyatçı Hacı Şahin Həsənli Sumqayıtda şəhid Ramiz Cəfərovun ailəsini ziyarət edib.


Şəhidin ailəsi yüksək ruh yüksəkliyi göstərərək, onun haqda xoş xatirələrini bölüşüb, mənəvi keyfiyyətləri haqda söz açıblar.


İlahiyyatçı Hacı Şahin Həsənli öz növbəsində şəhidin yüksək məqamı haqda geniş danışıb. Onun sözlərinə görə bu uca məqam seçilmiş bəndələrə nəsib olur: Qurani-Kərim şəhidin diri olduğunu dedikdə obrazlı ifadə işlətmir. Eyni zamanda xatirələrdə yaşamağı nəzərdə tutmur. Şəhidin varlığı bu dünyada da hiss olunur, onun bu dünyada təsir imkanları, xüsusi ilə ailəsinə yardımı daha da çoxalır, çünki maddi məhdudiyyətlər artıq onun qarşısında maneə ola bilmir.


Qeyd edək ki, polkovnik-leytenant Ramiz Cəfərov Şuşa uğrunda savaşda böyük şücaəti ilə fərqlənib. 


 

hacishahin.az