XƏBƏRLƏR

Şəhidlərimizin xatirəsi Məşədi Dadaş Məscidində yad edilib

04 Dekabr 2020 647

Bu gün paytaxtın Nəsimi rayonunda yerləşən Məşədi Dadaş Məscidində Vətən müharibəsində şəhid olanların xatirəsinə həsr edilmiş anım mərasimi keçirilib.

 

“Report” xəbər verir ki, mərasimdə canlarını Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda qurban vermiş Vətən müharibəsi şəhidlərinin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

 

Daha sonra Vətən uğrunda canından keçmiş şəhidlərimizin ruhuna hədiyyə olaraq, namaz qılınıb, dualar oxunub və Quran tilavət edilib.

 

Məscidin axundu, ilahiyyatçı Hacı Şahin Həsənli çıxış edərək Vətən müharibəsində Azərbaycan Əsgərinin nümayiş etdirdiyi şücaətdən danışıb və İslam dinində şəhidlərə verilən dəyərdən söz açıb. O, şəhidlik zirvəsinin mahiyyətindən bəhs edib.

 

İlahiyyatçı qeyd edib ki, Azərbaycan xalqının birliyi və Azərbaycan Ordusunun gücü nəticəsində Ali Baş Komandanın rəhbərliyi altında işğal altında olan torpaqlar azad edilib.

 

Qeyd edək ki, Vətən müharibəsində Silahlı Qüvvələrimizin 2 783 nəfər hərbi qulluqçusu həlak olub. Onların sırasında 103 nəfər hərbi qulluqçunun DNT analiz metodu ilə şəxsiyyətinin müəyyən edilməsi üzrə işlər davam etdirilir. 100 nəfərdən artıq hərbi qulluqçumuz isə itkin düşmüş hesab olunur. Onların tapılıb ailələrinə məlumat verilməsi üçün zəruri tədbirlər görülür. Hazırda 1 245 nəfər hərbi qulluqçumuzun tibb müəssisələrində müalicəsi davam edir.

 

Allah bütün şəhidlərimizə rəhmət eləsin və yaralı hərbçilərimizə şəfa versin!


report.az




VİDEO

 

 

FOTO


0b07a24d-4c63-3106-ac7e-4ccc3bb01ec2-1

 

0b07a24d-4c63-3106-ac7e-4ccc3bb01ec2

 

3bca2da3-65d7-3c6c-be46-7ac5b0641683

 

5b2d7968-d90e-334c-bc6f-31bf79467237-1

 

35d46f15-d917-33f9-a6a8-f9d7c99f9fdb

 

63d9a501-52b9-3a1a-ae3b-f9194a069d89

 

786c131d-8c85-335a-a8eb-eedfd4db3b3c

 

7066fdf7-e479-386f-a53f-6cef6f4329f9

 

a1819c53-541f-37fb-8226-b5136a9e9809

 

b05d1a32-9254-381e-955d-da9d5402e09c

 

b9e32f60-2678-3ab6-8b35-315cc7b4fc5d

 

dff8bc13-6d20-39b9-bf28-3b4bdeb0632a

 

e0c125e4-01a0-377c-a9b3-d6d3905d182e