XƏBƏRLƏR

Fatimiyyə günləri Məşədi Dadaş məscidində (VİDEO və FOTO)

18 Yanvar 2021 967

Yanvarın 17-si əziz peyğəmbərimiz Həzrət Məhəmmədin (s) sevimli qızı Həzrət Fatimənin (s) anım günü qeyd olunur. Bununla bağlı ənənəvi olaraq bir neçə gün ərzində "Fatimiyyə günləri" adlanan təziyyə mərasimləri keçirilir. Bu il pandemiyanın yayılması və karantin rejiminin tətbiqi ilə bağlı müsəlmanlar Həzrət Fatimənin (s) anım mərasimlərini onlayn rejimdə keçiriblər.

 

15, 16, 17 yanvar tarixlərində paytaxtımızın Məşədi Dadaş məscidində də onlayn şəkildə Fatimiyyə günləri keçirilib. Tədbir Müqəddəs Qurani-Kərimin tilavəti ilə başlayıb, xütbə ilə davam olunub və növhələrin oxunması ilə tamamlanıb.

 

Tədbir əsnasında çıxış edən ilahiyyatçı Hacı Şahin Həsənli Həzrət Fatimənin (s) ömrünün son günlərinin sırf tarixi hadisə kimi deyil, bir məktəb kimi öyrənilməsinin zəruriliyini vurğulayıb. Onun sözlərinə görə, Həzrət Fatimənin (s) bəşəriyyətə əsas mesajı məhəbbətdən doğan ictimai məsuliyyətdir. Eyni zamanda, İslamın bir qadın, bir ana vasitəsilə yaşadılması dinimizin mərhəmət və məhəbbət mərkəzli olmasının əyani sübutudur.

 

hacishahin.az  

 

 

VİDEO

 

 

 

 

 

 

 

 

FOTO


139753568-4966301280110534-5545717714505421455-o


139754322-4966301670110495-2239414288688795756-o



139824694-4966301516777177-1728497891006882366-o



140162291-4966301886777140-5728339749722946192-o



140434026-4966301406777188-6293130179863318879-o