"Qələbədən sonra ilk dəfədir ki, istiqlaliyyət şəhidlərimizin anım gününü qarşılayırıq. Bu dəfə onların qarşısında başımızı uca tuta bilərik: onların öz qanı ilə müstəqil etdikləri Vətənin bütövlüyünü xalqımız qanı ilə bərpa etdi".
Bu sözləri qanlı yanvar faciəsinin ildönümü ilə bağlı ilahiyyatçı Hacı Şahin Həsənli yazıb. Onun sözlərinə görə, 20 yanvar hadisələri ilə ikinci Qarabağ müharibəsi arasında mühüm bir əlaqə, oxşarlıq var:
"Hər iki tarixi hadisə bizi səfərbər etdi, birləşdirdi, gücləndirdi. Hər iki hadisədən qalib çıxdıq, müqəddəratımızı dəyişdik. Hər iki hadisədə fərqləri kənara qoyub, fərqli bədəndlərdə bir ruh olduğumuzu dərk etdik, böyük tarixi məsuliyyəti üzərimizə götürəcək qədər böyüdük. Belə bir kök üzərində qurulan cəmiyyət və dövlətin gələcəyi də mütləq parlaq olmalıdır. Üzərimizə düşən şəhidlərimizin bu yolunu qorumaq, yaşatmaqdır. Allah haqq fədailəri olan bütün şəhid və qazilərimizin məqamını uca etsin!"
hacishahin.az