İlahiyyatçı Hacı Şahin Həsənli sosial şəbəkələrdə Azərbaycan gənclərini təbrik edib:
"Vətən müharibəsindən xalqımızı qalib çıxaran gəncliyimizin günüdür bu gün. Tarixin hər dönəmində yaşlı və gənc nəsil arasında fərq olub. Bu da bir qədər təbiidir, fərqli nəsillər yaş və təcrübə üzündən eyni hadisəyə fərqli baxış bucağından baxırlar. İstənilən yanaşma fərqlərinə baxmayaraq, gənclərə inanmaq, onlara dayaq olmaq gərəkdir. Məhz bu inam gənclərimizi düşmənlə səngərdə qalib etdi və xalqımızı gələcəkdə gözləyən çağırışlarda qalib edəcək. Azərbaycan gəncliyi intellektual, mədəni, mənəviyyatlıdır deyə, onun timsalında gələcəyə ümidlərimiz də böyükdür. Allah hər zaman gənclərimizi uğurlu və inamlı etsin. Bayramınız mübarək, əzizlərim!"
hacishahin.az