"Həyatın qaynağı və hərarəti ilahi məhəbbətdirsə, bu məhəbbətin dünyadakı təzahürü qadın, xüsusilə anadır. Təsadüfi deyil ki, bütöv bir cəmiyyətin xoşbəxtliyi və rifahı, həmin cəmiyyətdə qadına münasibətdən asılıdır".
Bu sözləri ilahiyyatçı Hacı Şahin Həsənli Həzrət Fatimənin (s) mövludu münasibəti ilə təbrikində yazıb. İlahiyyatçı yazır:
"Hədislərdə "zühurdan öncə Həzrət Fatimə (s) tanınanacaq" ifadəsi də bu anlama gəlir ki, bəşəriyyət qızıl əsrə qədəm qoymaq üçün qadınlığa dəyər verməyi bacarmalıdır. Çünki Fatimə (s) qadınlığın, ilahi eşqin, ana fədakarlığının cilvəsidir.
Bu gün xanımlar xanımı Həzrət Fatimənin (s) mövlududur. Peyğəmbər (s) təlimini yaşadan və gələcək nəsillərə ötürən, Kərbəla qəhrəmanları İmam Hüseynlə (ə) xanım Zeynəbi (s) tərbiyə edən bir xanımın doğum günü. Deməli bu, yalnız xanımların deyil, həm də mütərəqqi və azadsevər bəşəriyyətin bayramıdır.
Mövludunuz mübarək!"
hacishahin.az