XƏBƏRLƏR

"Xocalı - kimliyimizin bədəli idi"

26 Fevral 2021 563

"Növbəti dəfə Xocalı soyqırımını anırıq. Lakin bu il qalib xalq olaraq, Şuşada dalğalanan bayrağımızla anırıq qətliam qurbanlarını".


Bu sözləri Xocalı soyqırımının ildönümü ilə bağlı ilahiyyatçı Hacı Şahin Həsənli yazıb. Onun sözlərinə görə, adətən qələbədən sonra qaliblər müharibənin amansızlığını unudur, lakin Xocalı faciəsi müharibənin ağır itkisi deyil:

 

"Hələ həyatı dadmamış körpələrin, ömrünün son çağlarını hüzurda yaşamaq istəyən yaşlıların, arzu və ümidlərlə dolu gənclərin bir günahı var idi - azərbaycanlı olmaqları. Onlar düşmən üçün heç bir təhlükə kəsb etmirdilər, təhlükəsiz şəkildə doğma yurdlarını tərk edə bilərdilər. Amma bunu da onlara çox gördülər. Xocalı kimliyimizin, özümüz olmaq istəyimizin bədəli idi. Ona görə bu faciə hər zaman zehinlərdə yaşamalıdır ki, öz kimliyimizi nəyin bahasına qoruduğumuzu unutmayaq. Biz özümüz olaq, firəvan yaşayaq deyə ən yaxşılarımız sinəsini sipər etdi və şəhidlik mərtəbəsinə ucaldı. Onların ruhu indi də bizi qoruyur, bizim isə onlara bir borcumuz var - daim özlüyümüzü qoruyaraq inkişaf edək, şəhidlərimizin qanı bahasına azad etdiyimiz vətən torpaqlarını bundan sonra da qoruyaq".

 

hacishahin.az