1 mart tarixində ilahiyyatçı Hacı Şahin Həsənli İraq Media Şəbəkəsi Dövlət Agentliyinə Xocalı faciəsi haqda videomüsahibə verib.
Müsahibə İraqın müxtəlif dövlət telekanallarında ərəb, kürd, türkmən və suryani dillərində yayımlanacaq.
Müsahibə zamanı erməni vandalları tərəfindən xalqımızın başına gətirilən faciələrdən söz açılıb. Xocalı qətliamı, Böyük Vətən müharibəsi və şanlı qələbəmizdə milli-mənəvi dəyərlərin rolundan danışan ilahiyyatçı, dost və qardaş İraq xalqına səmimi salamlarını çatdırıb.
hacishahin.az