XƏBƏRLƏR

“Havanın istiliyi oruc tutanlara mane olmayacaq”

26 May 2017 1019

“Azərbaycan xalqı ənənəvi olaraq Ramazan ayında ibadət edir, xüsusilə oruc tuturlar. Bu il Ramazan ayı isti yay günlərinə təsadüf etsə də, insanların çoxu bildirir ki, istilər bu ayın cismi və mənəvi faydalarından bəhrələnməyə mane olmayacaq”. Bu sözləri “CaspianNews” ingilisdilli xəbər saytına ilahiyyatçı hacı Şahin Həsənli söyləyib.

 

Habelə, İslama qarşı zorakılıq ittihamlarına cavab verən ilayhiyyatçı bildirib: “Tarixə də baxdıqda, görərik ki, İslamda zorakılıqdan əsər-əlamət yoxdur. Radikal qruplar İslamın həqiqi simasını təhrif etmək üçün səy göstərirlər. Bu dinə qarşı xəyanət və cahillikdir, bütün bunların məqsədi İslam barədə yanlış təəssürat formalaşdırmaqdır”.

 

Bu cərəyanların dinimizlə əlaqəsiz olduğunu söyləyən hacı Şahin Həsənli qeyd edib: “Ramazan ayı mərhəmət, dostluq, mehribanlıq, məhəbbət və ehtiram aşılayır. Həmin qruplaşmalar isə onların təhlükəli fikirlərini bölüşməyən müsəlman və qeyri-müsəlmanları qətlə yetirirlər”.

 

hacishahin.az