Hacı Cavad məscidinin Yasamal rayonu ərazisində yeni ünvanda təməlinin qoyulacağı yerə baxış keçirilib. Qeyd edək ki, prezident İlham Əliyevin göstərişi ilə məscidin yeni binası Mətbuat prospektində inşa ediləcək.
Baxışda QMİ sədri şeyxülislam hacı Allahşükür Paşazadə, baş nazirin birinci müavini Yaqub Eyyubov, DQİDK sədri Mübariz Qurbanlı, Yasamal RİH başçısı İbrahim Mehdiyev, Hacı Cavad məscidinin axundu hacı Əhliman Rüstəmov və ilahiyyatçı hacı Şahin Həsənli iştirak ediblər.
Məscidin yeni layihəsi barədə danışan qonaqlar bildiriblər ki, məscid milli memarlığın ən gözəl ənənələrini ehtiva edəcək. İbadət ocağı gələn ilin Ramazan ayınadək inşa olunacaq. Toplantıda Hacı Cavad məscidinin ibadət əhli adından çıxış edən dindarlar layihə barədə fikirlərini söyləyib, dəyərli töhfəyə görə dövlət başçısına minnətdarlıqlarını bildiriblər.
hacishahin.az