XƏBƏRLƏR

Hacı Şahin Həsənli Bərdədə şəhid ailələrini ziyarət etdi

30 Mart 2021 291

İlahiyyatçı Hacı Şahin Həsənli şəhid ailələrini ziyarət etmək məqsədilə Bərdəyə səfər edib. Şəhidlər xiyabanına gedən ilahiyyatçı Bərdəyə raket hücumu zamanı həyatını itirən şəhidləri də ziyarət edib, ruhlarına dualar oxuyub.



Hacı Şahin Həsənli şəhid Xudayar Yusifzadənin ailəsi ilə də görüşüb. Şəhidin valideyinləri ilə söhbət edən ilahiyyatçı şəhidlik zirvəsindən danışıb: "Şəhidlərin özündən daha da böyük məqama sahib olan onların valideyinləri, analarıdır. Şəhid tanınır, amma onu tərbiyə edən valideyin hər zaman kölgədə qalır".

 

Ziyarətin sonunda Əhli-Beyt (ə) məddahı Seyid Peyman Əsədov şəhidlərimizə ithaf olunan növhə və mərsiyyələr oxuyub.

 

Qeyd edək ki, Hacı Şahin Həsənlinin şəhid ailələrini ziyarət etmək məqsədilə bölgələrə səfəri davam edir.  Bakı və Abşeronda keçirilən mərasimlərlə yanaşı, ilahiyyatçı Ağcabədi, Ağsu, Beyləqan, Biləsuvar, Cəlilabad, Gəncə, Göyçay, Qəbələ, İmişli, Kürdəmir, Lerik, Lənkəran, Neftçala, Sabirabad, Siyəzən və Sumqayıta səfər edib.


hacishahin.az 

 

 

Berde-1

 

Berde-2

 

 

Berde-3

 

 

Berde-4

 

Berde-5

 

Berde-6

 

Berde-7

 

Berde-8

 

Berde-9

 

Berde-10

 

Berde-11

 

Berde-12

 

Berde-13

 

Berde-14

 

Berde-15

 

Berde-16

 

 

hacishahin.az