XƏBƏRLƏR

"Yüksəlişin yanında uçurum da var"

31 Mart 2021 624

"Martın 31-i hər birimizin yaddaşına qanla yazılıb. Bir xalq nə qədər böyük amalllar üçün yaşasa da, hansı zirvələrə ucalmağa çalışsa da, unutmamalıdır ki, insaniliyin zirvəsi kimi dibi də var. Yüksəlişin yanında uçuruma yuvarlanmaq da var. Cənnətin müqabilində Cəhənnəm də var".


Bu sözləri ikahiyyatçı Hacı Şahin Həsənli 31 mart soyqırım günü ilə bağlı yazıb. Onun sözlərinə görə, bir xalqı yalnız rəğbət deyil, ehtiyat da irəli aparır:


"Yalnız bu iki qanadla pərvaz etmək mümkündür. 31 mart bizə bunu xatırladır. Zəif və güclü cəhətlərimizi bəlli edən tariximizdən dərs almalıyıq ki, daha da güclənə bilək. Kiçicik zəifliyimizi belə hiss edən  düşmən ən amansız həmlə ilə bizə  zərbə vurmağa çalışacaq. Heç kimə rəhm etməyəcək. Ona görə də,  inkişafımızın zəmanəti gücümüzdür. Yalnız hərbi deyil, mənəvi gücümüz. 44 günlük Vətən müharibəsində Azərbaycan xalqı yalnız torpaqlarını işğaldan azad etmədi. Azərbaycan xalqı şəhadət əzmi ilə düşmənin canına birdəfəlik qorxu saldı. Ümid edirik ki, bundan sonrakı tariximiz faciə və soyqırımlar yox, qüdrət və inkişaf tarixi olacaq. 


Allahdan bütün şəhidlərimizə rəhmət diləyir, onların ruhu önündə baş əyirəm".



hacishahin.az