XƏBƏRLƏR

"Qələbə aprel döyüşlərindən başladı"

02 Aprel 2021 467

İlahiyyatçı Hacı Şahin Həsənli aprel döyüşlərinin ildönümü ilə bağlı rəsmi Facebook səhifəsində yazıb:

 

"Aprel döyüşlərindən artıq 5 il keçir. Azərbaycan əsgərinin zəfər əzmini, yüksək ruhiyyəsini sınaqdan keçirən bu qısamüddətli savaş işğalın sona çatacağına əminlik yaratdı. Eyni zamanda düşmənə bir xəbərdarlıq idi ki, düşmən onu dəyərləndirə bilmədi. Vətən müharibəsində qələbənin başlanğıcı məhz aprel döyüşləri hesab olunur. Bütün şəhid, qazi və əsgərlərimizin önündə baş əyərək, Allahdan ordumuz üçün daim zəfər diləyirəm."


hacishahin.az