XƏBƏRLƏR

Ağdam Cümə məscidinin ziyarəti

08 Aprel 2021 1758

Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Allahşükür Paşazadə, QMİ Qazilər Şurasının üzvləri, Azərbaycandakı qeyri-müsəlman dini konfessiayaların rəhbərləri bu gün Ağdama səfər ediblər. İşğaldan azad olmuş Ağdamda ermənilərin törətdiyi vandalizm aktlarını əyani görən din xadimləri Ağdam Cümə məscidini də ziyarət ediblər.


Səfərdə iştirak edən ilahiyyatçı Hacı Şahin Həsənli çıxış edərək erməni terrorunun və vəhşiliklərinin heç bir insani çərçivəyə sığmadığını vurğulayıb. Bir yandan məscidin dağıdılması acısı, digər yandan Ağdamın işğaldan azad olması sevinci ilə əvəz olunur. AzTV-yə müsahibə verən Hacı Şahin Həsənli bildirib ki, digər dini konfessiyaların nümayəndələri də mədəni və dini abidələrə qarşı törədilən bu vandalizm heç bir dini prinsipə uyğun deyil.


Cümə məscidində azan verilib, namaz qılınıb, Quran və şəhidlərin ruhlarına dualar oxunub. Eyni zamanda qonaqlar Milli Qəhrəman Allahverdi Bağırov, Milli Qəhrəman Əlabbas isgəndərovun və digər şəhidlərin məzarına baş çəkiblər. 

 

Qeyd edək ki, Cümə məscidindən sonra QMİ sədri və dini konfessiya rəhbərləri Qiyaslı kəndinə səfər edərək erməni vəhşiliyindən zərər çəkmiş buradakı məscidi də ziyarət ediblər.

 

hacishahin.az

 

VİDEO

 

 

FOTO



Whats-App-Image-2021-04-07-at-13-26-01

 

Whats-App-Image-2021-04-07-at-21-50-08

 

Whats-App-Image-2021-04-08-at-14-39-47