XƏBƏRLƏR

Hacı Şahin Həsənlinin ikinci kitabı nəşr olundu

28 Aprel 2021 1176

Aprelin 28-i ilahiyyatçı Hacı Şahin Həsənlinin “Yaradılışın hədəfi” adlı ikinci kitabı işıq üzü görüb. Kitab “Parlaq imzalar”a məxsus “İrşad” nəşriyyatında nəşr olunub.

 

Bu kitab bir axtarış, insanda "niyə", "nə üçün", "nə vaxt" suallarını yaratma cəhdidir. Kitabda liberalizm, plüralizm, sağşılıq, solçuluq anlayışları təhlil olunur, dalandan qurtulmaq üçün alternativ yollar axtarılır. Və bu təşəbbüsdə çağdaş dünya perspektivinin qeyri-kafiliyi, insanın daxili potensialını tamlıqla görə bilməmə faktı aşkara çıxır.

 

Qeyd edək ki, kitabı paytaxtın kitab mağazalarında əldə etmək olar.  Həmçinin “İrşad” nəşriyyatı ilə aşağıdakı nömrələrlə əlaqə saxlayaraq bu əsəri əldə edə bilərsiniz:

 

(+994) 55 989 72 59 (whatsapp)


(+994) 55 969 72 59 (whatsapp)

 

 

 

hacishahin.az