XƏBƏRLƏR

Ramazan bayramınız mübarək!

12 May 2021 1920

İlahiyyatçı Hacı Şahin Həsənli Fitr bayramı münasibətilə təbrik paylaşıb:

 

"İnsan əbədi ruhdur ya fani cəsəd? İnsan işıqlığa doğru hərəkət edir ya zülmətə? Həyat ölüm üzərində qələbədir ya ölümə məğlub olmaq? Düşünürəm ki, mübarək Ramazan ayı bu sualların əyani cavabıdır.


Biz bir ay boyunca fanilik, zülmət və ölümlə  mübarizədə olduq və Fitr bayramı bizim qələbəmizi simvolizə edir. Allaha dua edirəm ki, bu fərdi qələbələrimiz ümumbəşəri olsun.  Dünyaya yoxluq qorxusu deyil, varlıq şövqü hakim olsun. Yer üzündə günahsızların qanı axıdılmasın, zülmkarların və təcavüzkarların sonu çatsın. Həyat, mövcud olma uğrunda mübarizə deyil, dirilik bayramına çevirilsin. İnsan buna layiqdir.


Bayramınız mübarək!"

 

 

hacishahin.az