29 ildən sonra işğaldan azad olunmuş Azərbaycanın dilbər guşəsi Şuşada Ramazan bayramı namazı qılınıb.
Tarixi namaz Hacı Şahin Həsənlinin imaməti ilə Yuxarı Gövhər ağa məscidində qılınıb. Bayram xütbəsi ilə çıxış edən ilahiyyatçı bildirib ki, bu gün tarixi bir gündür: "Bayram namazı azad olunmuş Şuşa məscidində qılınır. İnsan öz sevincini sözlə ifadə edə bilmir. Əziz Şuşa məscidi, sən azadsan, azan sədaları qayıtdı!"
Hacı Şahin Həsənli bütün işğal və zülmlərin sona çatmasını dua edərək, şəhidlərimizi anıb, ordumuz və qazilərimiz üçün dua edib.
hacishahin.az