XƏBƏRLƏR

Bayram sovqatları ilə növbəti yardım aksiyası tamamlandı

13 May 2021 597

Ramazan ayı ilə bağlı Məşədi Dadaş məscidinin təşkil etdiyi növbəti xeyriyyə aksiyası tamamlandı. Bir ay boyunca soydaşlarımızın yardımı ilə minlərlə imkansız ailələrə ərzaq qutuları paylanırldı. Fitr bayramında isə ərzaq yardımı ilə yanaşı, azyaşlılara bayram hədiyyələri də verildi.

 

 

Qeyd edək ki, koronavirus pandemiyası fonunda dünyanın digər ölkələrində olduğu kimi, Azərbaycanda da karantin rejimi başladı. Bu çətin durumda xalqa yardım etmək üçün Məşədi Dadaş məscidi dini icması Koronovirusla Mübarizəyə Dəstək Fonduna iyanə edir. Bir qədər sonra icma üzvləri öz hesablarına kiçik yardım aksiyası keçirir. Qısa müddət ərzində sosial şəbəkələrdə bu yardım barədə xəbər yayıldı və məscidə həm yardım etmək, həm yardım almaq istəyənlər müraciət etməyə başlayır. Beləcə, kiçik bir yardımlaşma uzunmüddətli və genişmiqyaslı  aksiyaya çevirilir.

 

 

 

Artıq ənənə halına düşən aksiyalar zamanı orucluq ayında "Ramazan sovqatları",  Pasxada xristian soydaşlarımız üçünbayram payları, Həzrət Əlinin (ə) şəhadət günlərində  şəhidlərin adından yardım, bayram günü uşaqlara oyuncaq və kitablar göndərildi, Məhərrəm ayında İmam Hüseyn (ə) ehsanları, Novruzda bayram sovqatları, Qurban bayramında isə qurban ətləri paylanılır.

 

İcma üzvləri yardım əlini uzadan xeyirxah soydaşlarımıza təşəkkür edirlər.

 

hacishahin.az

185108388-315989429889351-7020086699252303419-n

 

185108388-315989656555995-5361787122919334614-n

 

185316188-315989536556007-4998642970186687966-n

 

185393771-315989219889372-2417179771132242261-n

 

185554815-315989369889357-6618978658687923538-n

 

185568228-315989573222670-3918092570150835316-n

 

185840674-315989159889378-3155100062159630291-n

 

185855735-315989029889391-3823193881916909806-n

 

185941047-315989266556034-5435080490125237377-n

 

186178312-315989113222716-1060728703441851331-n

 

186183432-315989183222709-3114707055451591916-n

 

186215269-315989066556054-4707834919959378833-n

 

186297467-315989479889346-918220326063171719-n