Azərbaycan pravoslavlarının lideri Aleksandr İşeinin vəfatı ilə bağlı ilahiyyatçı Hacı Şahin Həsənli başsağlığı verib. Azərbaycan və rus dillərində yazılan başsağlığında deyilir:
"Bakı və Azərbaycan yeparxiyasının arxiyepiskopu Aleksandr İşeinin vəfatı yalnız Azərbaycan pravoslavları üçün deyil, həm də ümumilikdə ölkəmizin dini ictimaiyyəti üçün böyük itkidir. İllərdir tanıdığım bu dəyərli din xadimi öz yüksək əxlaqı, xalqa sevgisi və xidməti ilə fərqli konfessiyaların nümayəndələri arasında dərin hörmət qazanmışdı. Azərbaycandan uzaqlarda dünyaya gəlsə də, Azərbaycanın layiqli övladı oldu və vətəni üçün əlindən gələn xidməti göstərdi. Ruhu şad olsun!"
hacishahin.az