
Vətən müharibəsi şəhidi Əliyev Rauf Səxavət oğlunun ad günü ilə əlaqədar ilahiyyatçı Hacı Şahin Həsənli Nəsimi Rayon İcra Hakimiyyətinin təşkil etdiyi tədbirdə iştirak edib. Rayon İcra Hakimiyyətinin başçısı, RİH başçısı aparatının məsul əməkdaşları və şəhidin ailə üzvləri 2 saylı Fəxri və Şəhidlər Xıyabanında ziyarət edib, şəhidin əziz xatirəsi dərin hörmət və ehtiramla yad olunaraq məzarı üzərinə gül-çiçək dəstələri qoyublar.
hacishahin.az