XƏBƏRLƏR

"Hər bir son zəng yeni mərhələnin ilk zəngidir"

14 İyun 2021 574

İlahiyyatçı Hacı Şahin Həsənli bu ilin məktəb məzunlarını təbrik edib: 

 

"Əziz on birincilər! Məktəb illərini geridə qoyub, müəllimlərin və valideynlərin sizə hazırladığı həyat sovqatı ilə gənclik dönəminə qədəm qoyursunuz. Siz artıq müstəqil yaşamağı təcrübə edəcəksiniz. Uşaqlıqla vidalaşmaq nə qədər kədərli olsa da, sizi qarşıda sonsuz imkanlar üfüqü gözləyir. Bu üfüqlərdə hər biriniz öz yolunuzun axtarışına çıxrsınız. Hansı yolu seçsəniz də, həmişə öndə olun. Həyatı enişi və yoxuşu ilə sevin. Hər zaman ümidlə yaşayın, istənilən uğursuzluğu yeni uğura çevirin. Unutmayın ki, hər bir son zəng yeni mərhələnin ilk zəngidir. Allahdan sizə sonsuz müvəffəqiyətlər, uzun və səmərəli həyat arzu edirəm. Yeni həyatınız mübarək!"

 

hacishahin.az