XƏBƏRLƏR

"Əsgərimizin inamı bizi qalib etdi"

26 İyun 2021 41
"Qalib ordumuzun, qanı və canı ilə xalqımızı qoruyan hərbçi, qazi və şəhid qəhrəmanların günüdür".
 
 
Bu sözləri ilahiyyatçı Hacı Şahin Həsənli Azərbaycan Silahlı Qüvvələri Günü münasibətilə təbrikində yazıb. İlahiyyatçı qeyd edib ki, hərbçi peşə deyil, xidmət növüdür. Yəni, bütün həyatını xalqın müdafiəsinə həsr etmək deməkdir:
 
 
"Bu isə seçilmişlərin qismətidir. Bu baxımdan hərbçilər ən yüksək mənəviyyata sahib olmalıdırlar. Qələbəmiz də ordumuzun texniki üstünlüyü və peşəkarlığı ilə yanaşı, əsgərimizin mənəvi ruhiyyəsi və inamı ilə qazanıldı. Məhz bu inam, bu mənəviyyat sayəsində təslimçi və mənfəətpərəst mədəniyyət gənclərimizə təsir etmədi. Bu inam vətənpərvər və fədakar gənclik yetişdirdi və əsgərimizi qalib etdi. Ölümə qələbə çalan şəhidlər yaratdı.
 
 
Bizə qələbə sevinci yaşadan Azərbaycan ordusunun bütün şəxsi heyətini qələbə və bayram münasibəti ilə təbrik edirəm. Allah ordumuzu daim müzəffər etsin!"
 
 
 
hacishahin.az