Daxili işlər nazirliyinin əməkdaşı peşə bayramında kəbin kəsdirib.
Oxu.Az-ın məlumatına görə, polis əməkdaşı sevdiyi xanımla dini nikah mərasimini məhz 2 iyul - Azərbaycan Polis Günü ilə eyni tarixə salıb.
Belə ki, cütlüyün dini nikahını Qafqaz Müsəlmanları İdarəsi (QMİ) sədrinin səlahiyyətli nümayəndəsi, din xadimi Hacı Şahin Həsənli kəsib.