XƏBƏRLƏR

Nəsimidə gənclər hərbi xidmətə yola salınıb

08 İyul 2021 460

Nəsimi rayonunda gənclərin həqiqi hərbi xidmətə yolasalınması münasibətilə tədbir keçirilib.


Tədbirdə rayon ağsaqqallarının, ictimaiyyət nümayəndələrini, Vətən müharibəsi şəhidlərinin ailə üzvləri, Vətən müharibəsi əlilləri və veteranları, yola salınan gənclər və onların ailə üzvləri iştirak ediblər.Qeyd edək ki, çağırışçılara öz xeyir-duasını vermək üçün ilahiyyatçı Hacı şahin Həsənli də dəvət olunub.

 

Dövlət bayrağı gətirildikdən sonra tədbirdə əvvəlcə Azərbaycan Dövlət Nəfəs Alətləri Orkestrinin müşayiəti ilə Vətən müharibəsi şəhidlərinin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib, dövlət himni səsləndirilib, hərbi marş sədaları altında çağırışçılar səhnəyə daxil olublar. Giriş sözü ilə rayon İcra Hakimiyyətinin Başçısı Asif Əsgərov mərasimi açıq elan edib. Tədbirin sonunda çağırışçılar müqəddəs Qurani- Kərimin altından keçib, üçrəngli Azərbaycan bayrağını öpərək hərbi xidmətə yola salınıblar.

 

hacishahin.az

 

2

 

3

 

6