Qafqaz Müsəlmanları İdarəsinin sədri, Şeyxülislam Allahşükür Paşazadənin rəhbərliyi ilə din xadimlərindən ibarət nümayəndə heyəti Azərbaycanın mədəniyyət paytaxtını ziyarət edib.
İlahiyyatşı Hacı Şahin Həsənlinin də qatıldığı səfərdə, Azərbaycandakı dini konfessiya rəhbərləri Şuşanın mərkəzi meydanında Üzeyir Hacıbəyli, Bülbül və Xurşidbanu Natəvanın “güllələnmiş heykəllər”inə baxıblar. Onlar Aşağı Gövhər Ağa və Saatlı məscidlərini ziyarət ediblər. Məscidlərdə ziyarət namazları qılınıb, dualar edilib, Quran oxunub.
Səfər zamanı din xadimləri yeni təməli qoyulmuş məscidin ərazisinə, habelə təmirdə olan Rus və Qazançı kilsələrinə baş çəkiblər. Daha sonra isə səfər iştirakçıları Cıdır düzündə olublar.
hacishahin.az