XƏBƏRLƏR

Tovuz döyüşlərinin qəhrəmanları yad olundu

12 İyul 2021 531

İyulun 12-də Müdafiə Nazirliyinin rəhbərliyi Tovuz döyüşlərinin ildönümü münasibətilə İkinci Şəhidlər xiyabanını ziyarət edib.

 

MN-dən “Qafqazinfo”ya verilən məlumata görə, əvvəlcə ölkəmizin müstəqilliyi və ərazi bütövlüyünün təmin olunması uğrunda şəhid olan Vətən övladlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib və ruhlarına dualar oxunub. Qeyd edək ki, ziyarətdə ilahiyyatçı Hacı Şahin Həsənli də iştirak edib. 

 

Sonra 2020-ci ilin iyul ayında Ermənistan-Azərbaycan dövlət sərhədinin Tovuz rayonu sahəsində Ermənistan silahlı qüvvələrinin təxribatlarının qarşısını alarkən canlarını fəda etmiş şəhidlərimizin, eləcə də burada uyuyan bütün şəhidlərin məzarları ziyarət edilərək üzərlərinə gül dəstələri düzülüb.

 

Tovuz döyüşlərinin ildönümünə həsr olunan silsilə tədbirlər davam edir.

 

 

hacishahin.az