XƏBƏRLƏR

Hacı Şahin Həsənli Səlahəddin Özgündüzlə görüşüb

15 İyul 2021 574

İlahiyyatçı Hacı Şahin Həsənli Türkiyə cəfəriləri lideri Səlahəddin Özgündüzlə İstanbulda görüşüb.

 

İstanbul səfəri zamanı ilahiyyatçı Zeynəbiyyə məscid və mədəniyyət mərkəzinin inşaatı ilə tanış olub. İlahiyyatçı Zeynəbiyyə dərnəyi, Türkiyə cəfəri alimləri birliyi, "Zəhra ana" xeyriyyə cəmiyyəti və Zeynəbiyə hərəkatı gənclər mərkəzinin rəhbərliyi ilə görüşərək, bu qurumların fəaliyyəti ilə yaxından tanış olub.

 

Daha sonra Hacı Şahin Həsənli Türkiyə cəfərilər lideri Səlahəddin Özgündüzlə görüşüb. S. Özgündüz Hacı Şahin Həsənlinin timsalında Azərbaycan dövləti və xalqını Qarabağ zəfəri ilə bağlı təbrik edib. Görüş zamanı gündəmdə olabən müxtəlif mövzular haqda fikir mebadiləsi aparılıb.

 

 

hacishahin.az