XƏBƏRLƏR

General Polad Həşimova həsr olunmuş kitabın təqdimatı

28 İyul 2021 454

Bu gün yazıçı İlqar Kamilin "Polad necə bərkidi" kitabının təqdimatı keçirilib. Şəhid general Polad Həşimovun həyatından bəhs edən kitabın təqdimatına tanınmış söz ustaları və qələm sahibləri qatılmışdı. Tədbir "Azərkitab" kitab evində keçirilib.


Tədbirdə iştirak edən şəhid generalın anası Səmayə xanım oğlunun həyatı və döyüş yolu haqda söz açaraq, müəllifə öz təşəkkürünü bildirib. İlahiyyatçı Hacı Şahin Həsənli də şəhidlər haqda əsərlərin yazılmasının zəruriliyi haqda danışıb. Tədbir əsərin müzakirəsi ilə tamamlanıb.


hacishahin.az