İlahiyyatçı hacı şahin Həsənli Vətən müharibəsi şəhidi Həsənov Faiqin ad günü ilə əlaqədar tədbirə qatılıb.
Nəsimi rayon İcra Hakimiyyətinin başçısı, RİH başçısı aparatının məsul əməkdaşları, şəhidin ailə üzvləri və döyüş yoldaşları 2 saylı Fəxri və Şəhidlər Xıyabanını ziyarət ediblər. Şəhidin əziz xatirəsi dərin hörmət və ehtiramla yad olunaraq məzarı üzərinə gül-çiçək dəstələri qoyulub.
Qeyd edək ki, şəhid xüsusi təyinatlı gizir Həsənov Faiq Hüseyn oğlu Daxili Qoşunların Sumqayıt şəhərində yerləşən “N” saylı hərbi hissəsində xidmət edib. 2020-ci ilin 27 sentyabrında erməni işğalçılarına qarşı Vətən müharibəsi başlayanda gizir F.Həsənov döyüş əməliyyatlarına ilk cəlb olunanların sıralarında idi. Oktyabrın 5-də səhhətindəki problemə baxmayaraq, Faiq qospitaldan öz istəyi ilə çıxıb və həmin gün döyüş tapşırığının yerinə yetirilməsinə cəlb olunub. Oktyabrın 5-də gizir F.Həsənov, dəstənin digər hərbi qulluqçusu gizir Mayis Səmədov bir qrup silahdaşı ilə birgə Cəbrayıl-Füzuli rayonları istiqamətində ön mövqeyimizə lazımi təminat çatdırmaq, oradakı yaralılarımızı çıxarmaq üçün gedərkən yolda düşmənin pusqusuna düşüblər və vuruşaraq şəhidlik zirvəsinə ucalıblar.
hacishahin.az