XƏBƏRLƏR

Məsciddə şəhidlərin xatirəsi əbədiləşdirildi

12 Avqust 2021 1015

Məşədi Dadaş məscidində burada ibadət etmiş şəhidlərin adları həkk olunmuş barelyef asılıb.

 

Məscidin girişində yerləşdirilmiş abidədə vaxtı ilə burada həm xidmət göstərmiş, həm ibadət etmiş Ələsgərov Ələkbər, Vəliyev Oruc, Əsgərov Rauf, Əliyev Rüfət, Nəcəfov Əli, Qasımov İsmayıl, Abdullayev Sənan, Mirzəyev Mahir, Əliyev Camal və Alxaslı Rəvanın adları yazılıb.

 

Məscidin dini icmasının və icmanın üzvü olan qazilərin təşəbbüsü ilə hazırlanan barelyefin açılışı məhərrəm ayının ilk gününə salınıb.

 

 

hacishahin.az