XƏBƏRLƏR

Məhərrəm məclisləri

12 Avqust 2021 904

Avqust ayının 10-dan etibarən Məşədi Dadaş məscidində məhərrəm ayı ilə bağlı mərasimlər keçirilir. İmam Hüseyn (ə) və Kərbəla qəhrəmanlarının adına təşkil olunmuş mərasimlər ilahiyyatçı Hacı Şahin Həsənlinin sosial şəbəkələrdəki rəsmi hesabları üzərindən yayımlanır.

 

Hər gün Bakı vaxtı ilə 21:00-da başlayan tədbirdə əvvəlcə ilahiyyatçı Hacı Şahin Həsənli çıxış edir, daha sonra Əhli-Beyt (ə) məddahı Seyid Peyman Boradigahi növhə və mərsiyələr söyləyir. Tədbir Azərbaycan xalqının rifahı, dövlətçiliyimizin gücü və şəhidlərimizin ruhu üçün dualarla tamamlanır.

 

Qeyd edək ki, karantin rejiminə uyğun olaraq keçirilən mərasimlərə məhdud sayda insan qatılsa da, burada iştirak etmək istəyənlər üçün tədbir onlayn rejimdə canlı yayımlanır.

 

Məhərrəm ayı ilə bağlı məscidin həyətində şəhidlər guşəsi yaradılıb. Buradan keçən sakinlər şəhidlərimizin əziz xatirəsini anmaq üçün dualar edir, güllər qoyurlar.

 

 

hacishahin.az