XƏBƏRLƏR

Şəhid Camal Əliyev anıldı

11 Avqust 2021 709

Vətən müharibəsinin şəhidi Camal Əliyevin doğum günü qeyd olunub.

 

Şəhidin Bakıda yaşadığı məhəllədə keçirilən tədbirə ilahiyyatçı Hacı Şahin Həsənli də qatılıb. Qəhrəman şəhidin ailə üzvləri, qohumları, dostları və döyüş yoldaşları qarşısında çıxış edən Hacı Şahin Həsənli şəhidlik məqamının əzəməti haqda geniş söz açıb. Şəhid Camal Əliyevin valideyinləri və yaxınları onun barədə xatirələrini bölüşüblər.

 

xatırladaq ki, Camal Əliyev Vətən müharibəsi zamanı Cəbrayılın və Füzulinin azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. O, oktyabrın 14-də Füzuli döyüşləri zamanı şəhid olub. Cəlilabad şəhərində dəfn olunub.

 

hacishahin.az