XƏBƏRLƏR

Şəhid Aqşin Novruzivun doğum günü qeyd olundu

14 Avqust 2021 369

Avqustun 14-ü şəhid Aqşin Novruzovun doğum günü qeyd olunub. Şəhidin ailəsi, yaxınları ilə birlikdə Nəsimi RİH başçısı  Asif Əsgərov və ilahiyyatçı Hacı Şahin Həsənli də şəhidlər xiyabanında keçirilən tədbirə qatılıblar. Şəhidin məzarı üzərinə güllər qoyulub, ruhuna dualar oxunub.

 

Qeyd edək ki, Aqşin Novruzov 2-ci Qarabağ müharibəsində iştirak edib. Döyüşlərin əvvəlində ayağından yaralanıb, müalicə olunduqdan sonra yenidən ön cəbhəyə yollanıb. Topçu olaraq briqadası ilə birlikdə döyüşlər zamanı 2 düşmən tankını məhv edib. 13 oktyabr 2020-ci ildə Kəlbəcər istiqamətində gedən döyüşlərdə qəhrəmancasına şəhid olub.

 

 

hacishahin.az