Avqustun 16-sı Xətai rayonunda şəhid Ülvi Rəfiyev və şəhid Zaur Cəfərovun yaşadıqları binanın qarşısında barelyefin açılışı olub. Şəhidlərin xatirəsi bir yad edilib, Dövlət Himni səsləndirilib.
Xətai RİH nümayəndələri, “İki Sahil” qəzetinin baş redaktoru Vüqar Rəhimzadə və rayon ictimaiyyətinin iştirak etdiyi tədbirə ilahiyyatçı Hacı Şahin Həsənli də qatılıb. İlahiyyatşı, şəhidləri yad etmək üçün gələnlər önündə çıxış edib. Hər iki şəhidin ailə üzvləri, müəllimləri və yaxınları onlarla bağlı xatirələrini bölüşübə
Sonra məktəblilər tərəfindən Vətənə, Ordumuza, şəhidlərimizə həsr olunan şeirlər söylənilib. Sonda şəhidlərin xatirə lövhəsinin qarşısına tər güllər düzülüb.
Qeyd edək ki, polkovnik-leytenant Zaur Cəfərov oktyabrın 10-u Ağdərə döyüşləri zamanı, əsgər Ülvi Rəfiyev isə oktyabrın 25-də Füzuli döyüşləri zamanı şəhid olublar.
hacishahin.az