XƏBƏRLƏR

Şəhid Elçin Əliməmmədov Zirədə anıldı

18 Avqust 2021 865

Avqustun 18-i Zirə qəsəbəsində şəhid Elçin Əliməmmədovun doğum günü qeyd olunub. Şəhidin ailəsi və yaxınları ilə birlikdə ilahiyyatçı Hacı Şahin Həsənli də anım tədbirinə qatılıb, iştirakçılar qarşısında çıxış edib. Daha sonra kəndin şəhidlər xiyabanında şəhidin məzarı üzərinə güllər qoyulub, ruhuna dualar oxunub.

 

Qeyd edək ki, əsgər Elçin Əliməmmədov 07.10.2020-ci ildə Füzuli rayonu Horadiz kəndi istiqamətində düşmən həmləsinin qarşısını alarkən şəhid olmuşdur.

 

hacishahin.az