Bu gün Aşuradır. Dünyanın hər bir yanında müsəlmanlar İslam Peyğəmbəri Həzrət Məhəmmədin (s) nəvəsi İmam Hüseynin Kərbəla qəhrəmanlığını anır. Bakının Məşədi Dadaş məscidində də ənənəvi olaraq Aşura tədbiri keçirilib. Pandemiya ilə bağlı bu il də Aşura mərasimi xüsusi karantin rejiminə və sanitar tələblərə uyğun keçirilib.
Mərasim saat 10:00-da Qurani-Kərimin tilavəti ilə başlayıb. Daha sonra xütbə oxunub, növhə və mərsiyələr söylənilib. Tədbir Kərbəla və Azərbaycan şəhidlərinin ruhu, Azərbaycan xalqının rifahı və əmin-amanlığı üçün dualarla tamamlanıb.
Tədbirdə çıxış edən ilahiyyatçı Hacı Şahin Həsənli Aşura hadisəsinin tarixi və mənəvi yönündən söz açıb. Onun sözlərinə görə, Azərbaycan xalqı hər zaman Kərbəla müsibətini ehtiramla anıb, İmam Hüseyn (ə) məktəbinə sədaqət nümayiş etdirib. Vətən müharibəsində də bu Kərbəla qəhrəmanlığı, İmam Hüseynin (ə) yaşatdığı dəyərlər xalqımız üçün ilham mənbəyi olub.
hacishahin.az
VİDEO
FOTO