XƏBƏRLƏR

Məhərrəmliklə bağlı suallara cavab

22 Avqust 2021 1019

İlahiyyatçı Hacı Şahin Həsənli Məhərrəm ayı ilə bağlı səsləndirilən sualları cavablandırıb.



Məsciddə çıxış edən ilahiyyatçı son günlər müzakirə olunan məsələlərə cavab verməklə yanaşı, ölkə ziyalılarına müraciət edib. Onun sözlərinə görə, dini və qeyri-dini dünyagörüşə malik olan insanlar arasında ciddi bir fərq yoxdur. Əsas fərq ondan ibarətdir ki, qeyri-dini baxışlara sahib olan insanlar nəticə haqda düşünür, din isə nəticəyə aparan yola önəm verir. Məsələn, birincilər rahat həyat istəyirsə, din rahat həyata aparan yolu təqdim edir.

 

İlahiyyatçının sözlərinə görə,  inanc yalnız ağıla söykənməməli, eyni zamanda emosional zövq verməlidir. İstənilən əqidənin incəsənət vasitəsilə yayılması da bununla bağlıdır. Çünki insan əqlən dərk etdiyini, ruhən də hiss etmək istəyir. Bu baxımdan Aşura ənənələrində xütbə (rasional yön) ilə yanaşı mərsiyələrə (emosional yön) də yer ayırılır. Din insani duyğuları boğmamalı, əksinə ağılla hisslərin vəhdətini yaratmalıdır. Din sevgi təbliğ etməlidir ki, radikalizm və ehkamçılığın qarşısını ala bilsin.

 

Hacı Şahinin sözlərinə əsasən, ilahi övliyaya olan sevgi qəhrəmanlıq aşılayır, yaradıcılığı inkişaf etdirir və cəmiyyətdə birlik yaradır. Azərbaycan əsgəri müxtəlif inanc və əqidəyə sahib olub, lakin onları birləşdirən mənəvi dəyərlər də olub. Bu birliyi, tolerantlığı da məhz xalqımızın İmam Hüseyn (ə) məktəbinə bağlılığı təmin edib.

 

Çıxışın video yazılarını oxucularımıza təqdim edirik:

 

 

 

 Tam versiya:

 

 

 

Xülasə:

 

 

 


hacishahin.az