İyunun 26-sı ölkənin müxtəlif məscidlərində olduğu kimi Məşədi Dadaş məscidində də Fitr bayramı təntənəli surətdə qeyd olunub. Minlərlə inanclı səhər saat 9-da məscidə gələrək bayram təkbirlərini birgə zikr etdiblər. Daha sonra camaatla birlikdə bayram namazı qılındı, məscidin axundu hacı Şahin Həsənli Fitr bayramının simvolizə etdiyi dəyər və prinsiplər, habelə geridə buraxılan müqəddəs Ramazan ayının mənəvi yükü barədə xütbə ilə çıxış etdi. Sonda məscidə toplaşanlar birgə dualar etdilər.
hacishahin.az