Bu gün sentyabrın 1-i Azərbaycan Ordusunun Vətən müharibəsində şəhid olmuş hərbi qulluqçusu, leytenant Səfərov Şahmar Nazim oğlunun doğum günüdür.
“Qafqazinfo” xəbər verir ki, şəhidlik zirvəsinə ucaldıqdan sonra Şahmar Səfərovun qeyd olunan ilk doğum günündə onun adının əbədiləşdirilməsi üçün Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, Yeni Günəşli “V” yaşayış sahəsində inşa edilmiş bulaq abidə kompleksinin açılış mərasimində Suraxanı Rayon İcra Hakimiyyətinin başçısı Əziz Əzizov, Milli Məclisin deputatı Etibar Əliyev, Qafqaz Müsəlmanları İdarəsinin nümayəndəsi Hacı Şahin, Şəhid Ailələrinin müdafiə cəmiyyətinin Suraxanı rayon şöbəsinin sədri Nəsibə Əliyeva, şəhid anaları, rayon sakinləri iştirak ediblər.
Həmçinin Şəhidlər xiyabanında Şahmar Səfərovun məzarı ziyarət edilib, ruhuna dualar oxunub və onun əziz xatirəsi ehtiramla yad edilib.
hacishahin.az