XƏBƏRLƏR

Məhərrəm ayında imam ehsanı paylandı

05 Sentyabr 2021 415

Bu gün məhərrəm ayı ilə bağlı Məşədi Dadaş məscidinin dini icması imam ehsanları paylayıb. İcmanın təşəbbüsü ilə bu il ehsan süfrələri üçün nəzərdə tutulmuş yardımlar pandemiya fonunda maddi ehtiyac duyan ailələrə yönəldilib. İmam ehsanı olaraq yüz ailəyə ərzaq yardımı göstərilib.

 

Qeyd edək ki, bu günlərdə müsəlman aləmi Kərbəla hadisəsini dərin hüznlə yad edir. Ənənəvi olaraq bu ayda imam ehsanları paylanılır. İcma üzvləri aksiyaya maddi dəstək verən bütün vətəndaşlarımıza təşəkkür edirlər.

 

hacishahin.az