XƏBƏRLƏR

"Daim irəliyə baxın!" - tələbələrə təbrik

05 Sentyabr 2021 88

"Tələbə adını qazanan bütün gənclərimizi, onların valideynlərini və müəllimlərini təbrik edirəm!"

 

İlahiyyatçı Hacı Şahin Həsənli ali məktəblərə qəbul olunan abituriyentləri təbrik edib. Sosial şəbəkələrdəki hesablarında paylaşdığı təbrikdə ilahiyyatçı yazıb:

 

"Əziz tələbələr, ciddi zəhmətin nəticəsində həyatınızın daha maraqlı mərhələsinə qədəm qoydunuz. Həyatın marağı və şirinliyi zatən zəhmət sayəsində artır. Daim irəliyə baxın, ümidin və böyük arzuların arxasıca gedin. Xətalar və kənar müdaxilələr sizi ruhdan salmasın, düşüncənizin azadlığını əlinizdən almasın. Bizi Allaha bağlayan da məhz böyük ümidlərimiz, azad təfəkkürümüz və tərəqqisevərliyimizdir. Ona görə də, yalnız irəli! Cəmiyyətimizin lokomotivi məhz sizsiniz, siz irəlilədikcə, cəmiyyət də irəliləyəcək. Allah yar və yardımçınız olsun!"

 

hacishahin.az