Sentyabrın 12-si Məşədi Dadaş məscidinin dini icması məhərrəm ayı ilə əlaqədar növbəti xeyriyyə aksiyası keçirib. Aksiyada yüzdən çox ailəyə imam ehsanı olaraq ərzaq yardımı ilə yanaşı, məktəbə gedəcək uşaqlara dərs ləvazimatı da hədiyyə olunub.
Qeyd edək ki, bu günlərdə müsəlman aləmi Kərbəla hadisəsini dərin hüznlə yad edir. Ənənəvi olaraq bu ayda imam ehsanları paylanılır. İcma üzvləri aksiyaya maddi dəstək verən bütün vətəndaşlarımıza təşəkkür edirlər.
hacishahin.az