XƏBƏRLƏR

"Mənim atam qəhrəmandır!"

13 Sentyabr 2021 432

Müdafiə Nazirliyi, Gənclər və İdman Nazirliyi, o cümlədən “Fire Land Production”ın birgə təşkilatçılığı ilə Vətən müharibəsində canlarından keçmiş şəhidlərin övladları üçün “Mənim atam qəhrəmandır!” adlı layihənin növbəti tədbiri keçirilib. Tədbirə ilahiyyatçı Hacı Şahin Həsənli də qatılaraq şəhid övladları ilə görüşüb.

 

Belə tədbirlərin məqsədi torpaqlarımız uğrunda canından keçən qəhrəmanlarımızı bir daha anmaq, onların övladlarına xalqımızın diqqət mərkəzində olduqlarını daim hiss etdirmək, şəhid balalarının səmərəli istirahətini təşkil etməkdir.

 

hacishahin.az