İki ay öncə, məhərrəm ayının daxil olması ilə Məşədi Dadaş məscidində koronavirus pandemiyasından əziyyət çəkmiş ailələrə imam ehsanları göndərilməyə başladı.
Bu çətin durumda xalqa yardım etmək üçün Məşədi Dadaş məscidi dini icması yardımsevər soydaşlarımızın maddi dəstəyi ilə hər həftə 100-dən çox ailəyə birdəfəlik ərzaq yardımı paylayıb. Ümumilikdə, imam ehsanından 1000-ə yaxın ailə faydalanıb. Eyni zamanda, bu il məhərrəm ayı yeni dərs ilinin başlanması ilə üst-üstə düşdüyü üçün şagirdlərə məktəb ləvazimatı, o cümlədən çanta və məktəbli forması da hədiyyə olunub. Xatırladaq ki, səfər ayının çıxması ilə yardım aksiyası da sona çatıb.
Məscdinin icması bu aksiyada zəhmət çəkən və dəstəyini əsirgəməyən hər kəsə təşəkkür edir. Allah ehsanlarınızı qəbul etsin!
hacishahin.az