XƏBƏRLƏR

Əziz müəllimlər, bu gün sizin, müqəddəs peşə sahiblərinin günüdür!

05 Oktyabr 2021 327

İlahiyyatçı Hacı şahin Həsənli müəllimlər günü ilə bağlı təbrik paylaşıb:


"Əziz müəllimlər, bu gün sizin, müqəddəs peşə sahiblərinin günüdür. Həmişə özümü ən çox borclu bildiyim, yada saldığım şəxslər sırasında öndə olanlar müəllimlərimdir. Müəllim olmaq yalnız biliyini ötürmək deyil. Canından can vermək, böyük uğurların kölgəsində qalmaq, öz zəhmətinlə yetişdirdiyin böyük insanların uğuruna kənardan sevinməkdir müəllimlik. Sizə təşəkkür edirəm! Siz bizim gizli qəhrəmanlarımızsınız! Peşə bayramınız mübarək olsun!"


hacishahin.az