Erməni ordusunun Gəncəni raket atəşindən tutmasından bir il ötür. Hacı şahin Həsənli bu haqda sosial şəbəkələrdəki səhifəsində yazıb:
"Gəncə faciəsindən bir il ötür. İlk dəfə mərmilərin düşdüyü yeri ziyarət edərkən, orada dağıntılar içində uşaq oyuncaqlarını görərkən keçirdiyim dəhşət hissini heç nə ilə ifadə etmək olmur. Savaş meydanında aciz qalmış düşmən namərdliyinin ən acı sübutu, həmin namərdlik üzündən qırılmış neçə-neçə tale... Qələbəmizlə onların qanını yerdə qoymasaq da, bu yaranın yeri hələ də inildəyir. Allah bütün şəhidlərimizin ruhunu şad eləsin!"
hacishahin.az