XƏBƏRLƏR

CAFERİDER sədri qazilərlə görüşdü

12 Oktyabr 2021 892

Türkiyənin Cəfərilik inancının tanıtım, araşdırma və tədris dərnəyinin (CAFERİDER) sədri  Həsən Babur  Azərbaycana səfər edib. Səfər əsnasında bir sıra rəsmi görüşlər keçirən qonaq Məşədi Dadaş məscidində İkinci Qarabağ müharibəsi qaziləri ilə də görüşüb.

 

Görüş əsnasında qazilər döyüş xatirələri ilə bölüşüb, şəhid yoldaşlarını yad ediblər. İgidlərimizin şücaət və mənəviyyatından təsirlənən Həsən Babur onlara görüş üçün təşəkkür edib, Türkiyədə də onların qəhrəmanlıqlarının dillər əzbəri olduğunu bildirib. 

 

hacishahin.az